Amerikanın NBC telekanalı ABŞ və Ukrayna prezidentləri Co Bayden və Volodimir Zelenski arasında telefon danışığının diqqətəlayiq təfərrüatlarını açıqlayıb.
Telekanalın məlumatına görə, Ağ Evin rəhbəri söhbət zamanı Zelenskini nankor adlandırıb.
Belə ki, Bayden Kiyevə bir milyard ABŞ dolları hərbi yardım elan edib, lakin Zelenski isə yenə pul tələb edib.
“Politico” jurnalı da öz mənbələrinə istinadən Vaşinqtonla Kiyev arasındakı ziddiyyətləri iddia edir.
Əlavə edək ki, ABŞ Rusiya tərəfindən xüsusi əməliyyat başlayandan bəri Ukraynaya artıq 65 milyard dollar yardım edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.