AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bəli”si “xeyr”ə bənzəyən Paşinyan – ermənilər çürük məfkurədən qurtulmayınca...

  • + A
  • - A
  • 1-01-2023, 17:00

    “Bəli”si “xeyr”ə bənzəyən Paşinyan – ermənilər çürük məfkurədən qurtulmayınca...

    Ermənistan rəhbərliyi 2022-ci ili də sülh boşboğazlığı ilə başa vurdu. Bakı ilə sülh müqaviləsini imzalamamaq üçün yüz oyundan çıxdı. Bunu rəsmi İrəvanın siyasi-diplomatik uğuru saymaq olarmı? Sağlam məntiq pıçıldayır ki, əsla. Çünki 44 günlük müharibədən sonra Azərbaycanla barışıb normal inkişaf yoluna çıxmaq bölgənin “izqoy ölkəsi” statusundan hələ də qurtula bilməyən Ermənistana hamıdan çox lazımdır.

    Barışığın 5 dəmir şərti isə məlum. Yerdə qalanlar təfərrüat, üçüncü, dördüncü dərəcəli məsələlərdir. Qısası, sülh müqaviləsi yoxdursa, Ermənistan üçün, ermənilər üçün heç nə yoxdur. Yeni müharibə riskindən savayı! Onun da qalibi yüzdə yüz haylar olmayacaq. Bunu anlamaq, hesablamaq çoxmu zor görəsən?

    “2023-cü ildə Ermənistana ən böyük təhdid ölkənin mövcudluğu üçün əsas təhlükə mənbəyi olan Nikol Paşinyandır. Yeni ildə ölkə bu ekzistensial təhlükədən xilas ola biləcəkmi? 2023-ün əsas problemi budur”.

    Bu barədə erməni politoloq Stepan Danielyan öz Facebook səhifəsində yazıb.

    Xeyr. Ermənistan üçün təzə ildə ən böyük təhdid Nikol Paşinyan iqtidarı deyil. Daha doğrusu, Paşinyan və komandası təhlükədir, amma ən böyüyü yox. Erməni toplumu üçün ən böyük təhdid Nikol Paşinyan qarışıq, bu toplumun XXI əsrlə uzlaşmayan çürük məfkurəsidir. Qonşu xalqlardan daha çox onun özünə bəlalar gətirmiş və gətirməkdə olan bir məfkurə. İrqçi-faşist (Njde) düşüncəsi, ksenofobiya, nəsildən-nəslə, iqtidardan-iqtidara ötürülən milli eqoizm, “böyüklük maniyası”, aşırı milli özünəvurğunluq və bütün bunların iyrənc “məhsul”u kimi “miatsum” xəstəliyi!

    Gəl ki, bu zay millətin “layiqli” parçası kimi Paşinyanın yeni il təbrikindən də belə anlaşıldı ki, başına gələnlərə rəğmən, İrəvan barıt qoxulu sülh oyunbazlığına davam etmək əzmindədir. Demək, yeni “dəmir qapaz”lara da hazır olsunlar...

    Nə yazıq ki, bu perspektivi az-maz görə bilən ermənilər hələ azlıqdadır.

    “Ukraynadakı münaqişə Avropanın yeni arxitekturasını formalaşdırdığı kimi, Ermənistan-Azərbaycan münaqişəsi də Cənubi Qafqazın yeni arxitekturasını yaradır”.

    Bu sözləri erməni siyasi şərhçi Vaqe Ovanisyan yeni illə bağlı gözləntilər haqda danışarkən deyib.

    Onun fikrincə, Ermənistan nə istədiyini dəqiqləşdirənə, ölkənin müharibədən sonrakı bərpa konsepsiyasının nə olduğu aydınlaşanadək zərbələr almağa davam edəcək və tərəfdaş dövlətlər tərəfindən ciddi qəbul edilməyəcək.

    “Azərbaycan nə istədiyini bilir, türklər bilir, İran bilir, Rusiya bilir. Nə istədiyini bilməyən yeganə tərəf Ermənistandır”, - Ovanisyan qeyd edib.

    “Bir çox xalqlar müharibələrdən, məğlubiyyətlərdən və sonrakı bərpalardan keçiblər. Dövlətimizin də bu bərpaya öz baxışı olmalıdır. O cümlədən praqmatik soyuq hesablama, milli təfəkkürün “qırmızı xətləri”, çeviklik. Çevik deyilsənsə, güclü deyilsənsə, zərbələr alacaqsan. Üstəlik, biz kimin vasitəsilə ki, az-çox güclü ola bilərik, məhz onlara qarşı mübarizə aparırıq. Beləcə, müttəfiqsiz və dostsuz qalacağıq”, - deyə erməni politoloq vurğulayıb və xəbərdarlıq edib: “Qarşı duran qütblərə “bəli” demək elə “yox” deməkdir. Dünya o qədər qütbləşib ki, Qərbə də, İrana da, Rusiyaya da, Türkiyəyə də “hə” deyirsənsə, deməli, hamıya “yox” deyirsən. Universal “bəli” yoxdur. Ona görə də bizimlə anlaşmaq mümkün olmur”.

    Bəs Ermənistan niyə hamıya, hətta Azərbaycana da “hə” deyə-deyə faktiki “yox” deyir? Səbəb həmənkidir: bu xalq və onu idarə edənlər həmişə layiq olduğundan artığına iddia edib, boyunda yuxarı tullanmağa çalışıb və çalışır, heç vaxt reallaşmayacaq miflərlə yaşayıb və yaşayır. Yəni həmin o məfkurə zaylığı.

    Dəfələrlə yazdığımız kimi, bu düşüncə tərzi dəyişmədən, hakimiyyət dəyişikliyinin də faydası dəyməyəcək erməni xalqına. Necə ki, 2018-ci ildəki “məxməri inqilab”ın xeyri olmadı. Ermənistan və onun toplumu sivil inkişafın hansı ibtidai mərhələsində idisə, orada da qalır.

    Ermənilər nəhayət, 2023-də gözlərindəki çəhrayi eynəkləri çıxaracaqmı? Əfsus ki, nikbinlik üçün əsas yoxdur. Möcüzələr dövrü isə bitib. Qalır tək yol: başlarına döyə-döyə hayları ağıllandırmaq. Böyük ehtimalla, təzə il bu imperativlə davam edəcək. Zira, bir xəstənin sağalmasından ötrü öncə onun öz xəstəliyini boynuna alması şərtdir. İlkin şərt...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR