AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb

  • + A
  • - A
  • Bu gün, 11:00

    ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb

    ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorun "Los Çoneros" narkokartelinin maraqları naminə istifadə olunan bir qrup gəmini ələ keçirib və batırıb.

    Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.

    Kəşfiyyat həmin gəmilərin "Los Çoneros"un maraqları naminə fəaliyyət göstərdiyini təsdiqləyib. Əsas gəmidə olan şəxslər saxlanılaraq Ekvador hakimiyyətinə təhvil veriliblər.

    Əsas gəmi yoxlanıldıqdan və ekipaj sahilə çıxarıldıqdan sonra ABŞ hərbçiləri onu yardımçı gəmilərlə birlikdə batırıblar.

    Gəmilər qrupu Sakit okeanın şərq hissəsində yerləşib və üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR