Yağıntı, sel və güclü külək: FHN-dən böyükə vacib çağırış

Hava şəraiti kəskin dəyişəcək: güclü yağış, külək və sel təhlükəsi
Yaxın günlərdə Azərbaycanda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, bəzi bölgələrdə güclü yağış yağacaq, dağ çaylarında qısamüddətli sel müşahidə olunacaq. Eyni zamanda güclü külək və şimşək çaxması ehtimalı var.
Bununla əlaqədar FHN əhaliyə diqqətli olmağı və təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.
Nazirlik xüsusilə sel və daşqın riski olan ərazilərdən uzaq durmağı, güclü külək zamanı isə bina və reklam lövhələrinin, elektrik dirəklərinin və hündür ağacların altında dayanmamağı tövsiyə edir.
İldırım zamanı elektrik cihazlarının şəbəkədən ayrılması, açıq ərazidə elektrik xətləri və hündür obyektlərdən uzaq durulması vacibdir. Avtomobildə olan şəxslər isə ildırım səngiyənədək hərəkəti dayandırmalıdırlar.
FHN həmçinin kiçikhəcmli gəmilərin belə hava şəraitində dənizə çıxmasının təhlükəli olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.