Təyyarədə qalmaqal: Aqressiv açılacağına bağlandı

ABŞ-də Dallas-Fort-Uortdan Nyuarka uçan “American Airlines” təyyarəsində sərnişinin aqressiv davranışı səbəbilə gərginlik yaşanıb.
Sərnişin ətrafındakı şəxslərə hücum etdikdən sonra digər sərnişinlər tərəfindən plastik qandallarla zərərsizləşdirilib və oturacağına yapışqan lentlə bağlanıb.
Hadisə “American Airlines”in 618 nömrəli reysində baş verib. İnsident səbəbindən təyyarə təcili eniş üçün Baltimora istiqamətləndirilib.
Şahidlərin sözlərinə görə, aqressiv sərnişin söyüş söyüb, irqçi və homofob ifadələr işlədib, həmçinin onu sakitləşdirməyə çalışan şəxslərə hücum edib.
Təyyarə Baltimora endikdən sonra sərnişin polisə təhvil verilib.
[video=]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.