Türkiyə Dəməşqə təkliflərindən sonra narahatlıqları azaltmaq üçün çərşənbə axşamı Suriya müxalifət liderlərini qəbul edib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada müxalifətin Suriya Milli Şurasının sədri Mahmud Əl-Məslət və digər liderlərlə görüşünün görüntülərini Twitter səhifəsində paylaşıb.
Danışıqlar Türkiyə və Suriyanın müdafiə rəhbərlərinin 2011-ci ildən bəri ilk dəfə Moskvada əlamətdar görüşündən bir həftə keçməmiş baş tutub.
Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının 2015-ci ildə Suriyada atəşkəs və siyasi həll çağırışına istinad edərək, "Biz BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq, Suriya müxalifəti və xalqına dəstəyimizi bir daha təkrarladıq" deyib.
Ankara 12 il əvvəl, Suriyada vətəndaş müharibəsi başlayanda prezident Bəşər Əsədi devirmək istəyən üsyançıları dəstəkləyəndən sonra Dəməşqin düşməninə çevrilib.
Lakin 2017-ci ildə Əsədi terrorçu adlandıran Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Suriya lideri ilə görüşmək fikrini ifadə edib.
Ərdoğan müdafiə nazirləri arasında danışıqların ardınca xarici işlər nazirləri arasında prezident zirvə görüşü təşkil edə biləcək görüşün keçirilməsini təklif edib.
Çavuşoğlu suriyalı həmkarı Faysəl Mekdadla yanvarın ikinci yarısında Moskvada görüşməyi gözlədiyini bildirib.
Lakin belə görünür Əsəd rejimi Ərdoğanın səylərinə soyuq yanaşır.
Bəzi təhlilçilərin fikrincə, Əsəd Türkiyədə iyun ayından gec olmayaraq keçiriləcək ümummilli seçkilərdən əvvəl Ərdoğanla görüşməyə razı olmayacaq.
Ərdoğanın xarici siyasət üzrə müşaviri İbrahim Kalın deyib ki, iki prezidentin nə vaxt görüşəcəyini indidən demək tezdir.
"Bütün bunların necə cərəyan etməsi rejimin münasibətindən asılıdır. Türkiyə əlini uzadıb, bu əli asılı qoyacaqlarını düşünmürük" - deyə, Kalın NTV televiziyasına bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.