Britaniya Müdafiə Nazirliyinin çərşənbə günü bildirdiyinə görə, Ukraynanın Rusiyanın nəzarətində olan şəhərindəki hərbi kazarmaya hücumun fəsadları rus qoşunlarının qaldığı yerin yaxınlığında silah-sursatın saxlanılması səbəbilə daha da ağırlaşıb.
"Zərərin miqyasını nəzərə alsaq, hücum zamanı qoşunların yerləşdiyi yerin yaxınlığında hərbi sursatların saxlanmasının partlayışların ikinci dalğasına səbəb olması ehtimalı var" - deyə, nazirlik son gündəlik qiymətləndirməsində yazıb.
Britaniya Müdafiə Nazirliyi Ukraynaya təcavüzündən əvvəl də Rusiyanın təhlükəli sursat saxlama təcrübəsi olduğunu bildirib və deyib ki, "Rusiyanın bu miqyasdakı itki verməsinə qeyri-peşəkarlığın rolunu göstərir".
Rusiyanın Müdafiə Nazirliyi çərşənbə günü səhər bildirib ki, yanvarın 1-dəki hücuma qoşunlarının mobil telefonlardan "kütləvi istifadəsi" səbəb olub.
"Artıq aydındır ki, baş verənlərin əsas səbəbi qadağaya baxmayaraq, düşmən silahlarının yaxın olunduğu zonada şəxsi heyət tərəfindən mobil telefonların işə salınması və kütləvi şəkildə istifadəsi olub" - deyə, nazirliyin bəyanatında bildirilib.
Ukrayna bazar ertəsi Makiivkadakı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Şəhərə Rusiya qüvvələri nəzarət edir və məktəbi hərbi kazarmaya çevirib.
Rusiyalı general-leytenant Sergey Sevryukov çərşənbə günü nazirliyin yaydığı video açıqlamada ölənlərin sayının bazar ertəsi elan edildiyi 63-dən 89-a qalxdığını bildirib. France-Presse xəbər agentliyi bildirib ki, Sevryukov binanın dağıntıları altında daha çox cəsədin tapıldığını deyib. O, "baş verənləri araşdırmaq üçün komissiya işləyir" deyib.
France-Presse agentliyinin məlumatına görə, Rusiyanın müharibə müxbirləri Makiyivkada müdafiə olunmayan binaya yerləşdirilən rus qoşununun əsasən yeni səfərbər olunanlar olduğunu və onların hücum zamanı yaxınlıqda saxlanan silah-sursatın partlaması səbəbindən dağılan binanın altında qaldıqlarını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.