AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da evdə ingilis dilindən başqa dildə danışan insanların sayı üç dəfə artıb

  • + A
  • - A
  • 10-01-2023, 14:24

    ABŞ-da evdə ingilis dilindən başqa dildə danışan insanların sayı üç dəfə artıb



    ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, ABŞ-da evdə ingilis dilindən başqa dildə danışan insanların sayı 1980-2019-cu illər arasında üç dəfə artıb.

    ABŞ-da yaşayan təxminən 68 milyon insan (təxminən hər 5 nəfərdən 1-i) evdə ikinci dildə danışır. 1980-ci ildə bu rəqəm 23 milyon idi.
    Ərəb dili ABŞ-da ən çox danışılan beş dildən biridir.

    İspan dili ABŞ-da ən populyar ikinci dildir.
    41 milyondan çox insan bu dildə danışır. Evdə ispan dilində danışanların sayı digər ikinci dildə danışanlardan 12 dəfə çoxdur. İspandillilər ABŞ-da ən böyük azlıq qrupudur. İspan dilində danışanların yarıdan çoxu (55%) ABŞ-da anadan olub.

    İlk beşliyə daxil olan digər dillər Çin, Taqaloq və Vyetnam dilləridir.
    Evdə həmişəkindən daha çox insan ikinci dildə danışsa da, Siyahıyaalma Bürosu bildirir ki, evdə yalnız ingilis dilində danışanların sayı da təxminən 25% artıb. Bu göstərici 1980-ci ildə 187 milyon təşkil edirdisə, 2019-cu ildə 241 milyona çatıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR