Nepalda qəzaya uğrayan təyyarədə iki yerli sakininin sağ qaldığı bildirilib.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Nepal hava limanındakı mənbələr məlumat yayıblar.
Məlumatda həmin şəxslərin vəziyyətinin ağır olduğu və xəstəxanaya çatdırıldığı qeyd edilir.
Qeyd edək ki, yanvarın 15-də 68 sərnişin və 4 ekipaj üzvü olan Yeti Hava Yollarına məxsus təyyarə Nepalın Poxara Beynəlxalq Hava Limanının uçuş-enmə zolağında qəzaya uğrayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.