Türkiyənin ölkənin cənubundakı Hatay vilayətində 4 Rusiya vətəndaşından ibarət ailə dağıntılar altındadır. İnsanları xilas etmək şansı var. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya əməliyyat xidmətləri məlumat yayıb.
"Biz Hatay'a gedirik. Dörd rus evin dağıntıları altında qalıb: ər-arvad və uşaqları. Onları xilas etmək şansları var", - mənbə bildirib.
Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 7 mindən çox insan həyatını itirib. Qurbanlardan biri Türkiyədə yaşayan rus qadındır.
Rusiyanın Ankaradakı səfirliyindən verilən məlumata görə, onlara təbii fəlakət bölgəsində ola biləcək qohumları ilə əlaqə yaratmaqda çətinlik çəkən Rusiya vətəndaşlarından çoxsaylı müraciətlər, habelə rusların axtarışına köməklik göstərilməsi ilə bağlı müraciətlər daxil olur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.