Tramp ABŞ büdcəsini təsdiqlədi — 1.3 trilyon dollar
ABŞ prezidenti Donald Tramp Konqresin təsdiqlədiyi büdcəni imzalayıb.
Bir müddət əvvəl Trampın bu büdcəni təsdiq etməyəcəyi barədə xəbərlər dolaşırdı. Amma bununla belə prezident 1.3 trilyon dollarlıq büdcəni təsdiqləyib.
Bəzi mətbuat orqanlarının iddiasına görə, Tramp büdcəni təsdiqlədikdən sonra Konqresə “bir də belə bir qanunu imzalamayacam” deyib.