Porno ulduz canlı yayımda Trampı ittiham etdi: “Təhdid edilirəm”
2006-cı ildə ABŞ prezidenti Donald Tramp ilə cinsi əlaqəyə girdiyini iddia edən porno ulduz Stormi Deniels “CBS” telekanalına müsahibə verib.
Stormi müsahibəsində təhdid edildiyini bildirib.
Aparıcının suallarını cavablandıran Deniels 2011-ci ildə Las-Veqasdakı avtomobil parkında təhdid edildiyini bildirib.
Əsl adı Stefani Klifford olan qadın, ona yaxınlaşan şəxsin “Trampı narahat etmə” dediyini və sonra da yanındakı qızına baxaraq “Anasına bir şey olsa, heç də yaxşı olmaz” dediyini idda edib.
Tramp isə Stormi ilə yatdığını boynuna almır. Deniles isə Donaldla cəmi bir dəfə cinsi əlaqədə olduğunu bildirib. Bununla belə, cinsi əlaqəyə məcbur edilmədiyini bildirən porno ulduz Trampla məşhurların iştirak etdiyi qolf turnirində tanış olduğunu qeyd edib.
Qeyd edək ki, Deniels Trampı məhkəməyə verib və 20 milyon dollar təzminat istəyir.