AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Binəli Yıldırımdan İlham Əliyevə təbrik

  • + A
  • - A
  • 12-04-2018, 11:03

    Binəli Yıldırımdan İlham Əliyevə təbrik















    Türkiyənin baş naziri Binəli Yıldırım prezident İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

    Təbrikdə deyilir:

    Hörmətli cənab Prezident, Əziz Dostum.

    Aprelin 11-də Azərbaycanda keçirilən seçkilərdə prezident vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırıram.

    Dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən bu seçkilərin şəffaflıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq.

    Qardaş Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq inkişaf etməsində liderliyinizin rolu şübhəsiz ki, böyükdür.

    Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda dərinləşərək irəliləməsindəki liderlik rolunuzun davam edəcəyinə və qarşılıqlı münasibətlərimizin qardaş xalqlarımızın xeyrinə olaraq daha da yüksək səviyyəyə çatacağına inamım qətidir.

    Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləklərimi, qardaş Azərbaycanın rifahı və sabitliyi naminə ən səmimi arzularımı çatdırıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR