Sarkisyan erməni müxalifətinin liderini həbs etdirdi, toqquşmalar başladı - VİDEO
Son məlumatlara görə, polislər özlərini son dərəcə sərt və hətta qəddar aparırlar.
Ermənistan müxalifətinin lideri Nikol Paşinyan həbs edilib.
Müxalifət lideri Yerevanın Erebuni rayonunda həbs olunub. Polis və maskalı şəxslər nümayişçilərə hücum edərək, mitinqin dağıdılmasına başlayıblar. Nikol Paşinyan və bir neçə mitinqçi naməlum istiqamətə aparılıb. Nümayişin dağıdılması zamanı xüsusi vasitələrdən istifadə edilib. Nümayişçilər isə polislərə daş və butulkalar atıblar.
///Sputnik.az