Trampla Kim Çenin görüşünə hazırlıq gedir — Rəsmilər bir araya gəldi
ABŞ və KXDR rəsmiləri arasında görüş keçirilib.
“Ölkə.Az” xarici KİV-ə istinadən xəbər verir ki, görüş KXDR-lə Cənubi Koreya arasında yerləşən Pxanmuncom sərhəd məntəqəsində baş tutub.
Bu barədə danışan ABŞ Dövlət Departamentinin sözçüsü Xezer Nauert bildirib ki, Prezident Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında görüşə hazırlıq işləri davam etdirilir.
Məlumata görə, məsləhətləşmələr mayın 30-dək davam edəcək.