AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sülhəddin Əkbər: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır”

  • + A
  • - A
  • 21-06-2018, 10:24

    Sülhəddin Əkbər: “Azərbaycan hər an müharibəyə hazır olmalıdır”















    “Erməni işğalı altında olan Naxçıvanın Günnüt kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsi çox müsbət hadisədir”.
    Bu fikirləri “Ölkə.Az-a açıqlamasında Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər bildirib.

    S.Əkbər deyib ki, işğaldan azad olunan ərazilər strateji əhəmiyyətə malikdir:

    “İstənilən halda ərazilərimizin bir hissəsinin işğaldan azad edilməsi, xüsusilə də strateji yüksəkliklərdə Azərbaycan Ordusunun nəzarətinin təmin edilməsi müsbət hadisədir. Bu gün Azərbaycan müharibə vəziyyətindədir, torpaqlarımız erməni işğalı altındadır. Azərbaycan hər an müharibəyə hazır olmalıdır. Erməni tərəfinin təxribatları hər an gözləniləndir. Çünki Nikol Paşinyan özünü demokrat adlandırsa da, o, xalq dalğası nəticəsində hakimiyyətə gəlib. Eyni zamanda bu gün Ermənistan xalqının əksəriyyəti də Dağlıq Qarabağ torpaqlarının Ermənistanın tərkibinə qatılmasını istəyir. Nikol Paşinyanın milliyətçi çıxışlar etməsi də məhz buna yönəlib. Nikol Paşinyan bu cür çıxışlarla milliyətçi ermənilərin dəstəyini qazanmağa çalışır. Həmçinin, qarşıdan seçkilər gəlir. Nikol Paşinyan da yaxşı anlayır ki, erməni cəmiyyətini maraqlandıran əsas məsələlərdən biri məhz budur. Ona görə də Paşinyan milliyətçi çıxışlar edir, Qərblə, Rusiya və İranla intensiv danışıqlar aparır”.
    Sabiq nazir müavini qeyd edib ki, müharibə siyasətin davamı hesab olunur:

    “Hər bir məsələni real qiymətləndirmək üçün ona düzgün diaqnoz qoymaq lazımdır. Mənim fikirlərimə görə, Qarabağda baş verən son hadisələr Rusiyanın Azərbaycana qarşı vəkalət müharibəsidir. Yəni, burada Rusiyanın vəkilləri Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikasıdır”. Əslində Azərbaycan strateji planda Rusiya ilə hərbi qarşıdurmadadır. Ona görə də Azərbaycanın hərbi hazırlığı buna hesablanmalıdır. Mən hər zaman deyirəm ki, Azərbaycanın təkbaşına strateji potensialı kəskin şəkildə yetərsizdir. Bu gün Rusiyanın Ermənistandakı hərbi potensialı ilə belə Azərbaycanın hərbi potensialını müqayisə etmək yersizdir. Ona görə də Azərbaycan ilk növbədə Türkiyə, Pakistan, İran, ABŞ, Avropa Birliyi ilə hərbi-siyasi ittifaqlar qurmalıdır, müvafiq əməkdaşlıq sənədləri imzalanmalıdır və NATO-ya üzvlük yolu tutmalıdır. Belə olan halda Rusiya və Ermənistanın birgə hərbi potensialını balanslaşdıran qüvvələr nisbəti əldə edə bilərik”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR