AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

WhatsApp-dan növbəti YENİLİK

  • + A
  • - A
  • 23-06-2018, 09:35

    WhatsApp-dan növbəti YENİLİK















    WhatsApp istifadəçilərinin çoxdan gözlədiyi yenilik artıq hər kəs üçün əlçatan olub.
    WhatsApp-ın tətbiq etdiyi yenilik nəticəsində istifadəçilər 4 nəfərlə eyni vaxtda danışa biləcək.

    Əvvəl bəzi istifadəçilər yararlana bildiyi bu imkandan yaxın zamanda hər kəs istifadə edəcək. Fərqli ölkə və qitələrdən WhatsApp istifadəçilərin yeni özəllikdən istifadə edə bildiklərini artıq Tvitterdə paylaşıb.
    iOS, Android və Windows kimi telefon istifadəçiləri WhatsApp-ın yeni imkanından yararlanmaq üçün əvvəlcə proqramı yeniləməlidir. Bir nəfərlə görüntülü danışarkən sağ tərəfdə küncdəki "Əlavə et" düyməsinə toxunmaqla istədikləri istifadəçini seçib qrup söhbətə əlavə edə bilərlər.

    Hələ ki, qrup söhbətində ancaq 4 nəfərlə danışmaq mümkündür. Çağırdığınız bütün istifadəçilər təklifi qəbul edəndən sonra ekran 4 yerə bölünəcək və hər bir istifadəçini ayrı-ayrılıqda görə biləcəksiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR