AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kamal Kılıçdaroğlu istefa vermədi, Ərdoğana çox ağır ittihamlar səsləndirdi: "Onun nəyini təbrik edəcəm ki?"

  • + A
  • - A
  • 27-06-2018, 10:15

    Kamal Kılıçdaroğlu istefa vermədi, Ərdoğana çox ağır ittihamlar səsləndirdi: "Onun nəyini təbrik edəcəm ki?"














    CHP lideri Kamal Kılıçdaroğlu seçkidən sonrakı sükutu bu gün pozub. O, bu gün həm seçki ilə bağlı, həm də istefa verəcəyi haqda yayılanalara cavab verib, Ərdoğanı iqtidarını şantajda ittiham edib.

    Türkiyə mətbuatı bildirir ki, o, bu gün partiyasının toplantısını keçirdikdən sonra mətbuatın önünə çıxb.

    Kılıçdaroğlu bütün səs verənlərə təşəkkür edərək, bildirib ki, AKP iqtidarı fövqəladə vəziyyətdən sui-istiafə etməklə yetinməyib, həm də bütün inzibatı resursları ilə rəqiblərinə basqı qurub, onları şantaj edib: "Bələdiyyə, icra başçıları, təhlükəsizlik gücləri, televiziyalar, mətbuatın 95 faizi AKP iqtidarının nəzarətindədir. Bütün bu basqılara rəğmən, CHP təşkilatları vacib və böyük işlər gördülər. Qorxunu aradan qaldırdılar, ürəkli və cəsur davrandılar. Biz bu seçkidə AKP-nin 7 faiz səsinin itirməsinə nail olduq. AKP-nin səsi 49,5-dən 42,5-ə endi. Bu, bizim üçün çox önəmlidir".

    CHP lideri deyib ki, iqtidar partiyasının parlamentdə çoxluğu itirməsi isə böyük hadisədir: "Dünənin tək adamı bu günün artıq topal ördəyidir. Daha hər istədiyini edə bilməyəcək. Parlamentin etibarını biz qoruyacağıq. Millətin bizə verdiyi səlahiyyətin hansı anlama gəldiyini yaxşı bilirik".

    CHP lideri deyib ki, bu seçkinin tək uduzanı var, o da AKP-dir: "Təkrar edirəm, AKP 7 faiz itirməklə, tək uduzanın olduğunu sübut edib. Qazanan isə demokratiyadır. Bu nəticəni asan əldə etmədik. Hansı proseslərdən bu günə gəldiyimizi hamının dəqiq təhlil etməsi lazımdır".

    Kamal Kılıcdaroğlu Ərdoğanı təbrik etməyəcəyini də deyib: "Demokratiyaya inanmayan bir insan təbrik edilməz. Qanunverici və icraedici orqanları özünə bağlayan biri təbrik edilməz. Onun nəyini təbrik edəcəm? Bir partiyanın sədri olaarq məhkəmələrə hakim təyin edir, onumu təbrik edəcəm? Bir diktatorun nəyini təbrik etməliyəm ki?".

    CHP lideri AKP sözçüsü Mahir Ünalın "Muharrem İncə CHP-nin təbii lideri oldu" açıqlamasında da şərh verib:

    "Mahir bəy öz partiyasında çevriliş edildiyi zaman haradaydı? 49,5 faiz səs alan bir partiyanın sədri saraya çağırılıb, istefaya məcbur ediləndə, harda idi bu Mahir Ünal? Biz birilərinin təlimatı ilə əl qaldırıb, endirən partiyalardan deyilik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR