AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampa istefa üçün bir neçə saat vaxt verildi

  • + A
  • - A
  • 16-02-2017, 13:20

    Trampa istefa üçün bir neçə saat vaxt verildi















    Amerika rejissoru Maykl Mur ABŞ prezidenti Donald Trampı Ağ Evi könüllü şəkildə tərk etməyə çağırıb

    Xarici media xəbər verir ki, rejissor bu haqda Tvitter səhifəsində yazıb.

    Rejissor bildirib ki, əks halda Tramp barəsində impiçmentə təşəbbüs ediləcək.

    “Donald Tramp, indi Vaşinqtonda günortadır və deyəsən, sən hələ bizim Oval kabinetimizdə oturursan. Mən sənə getmək üçün səhərə qədər vaxt verirəm”, - o yazıb.
    Maykl Mur növbəti mesajında əlavə edib ki, bunu yaxşılıqla etmək olar: “Sən ya istefaya gedəcəksən, ya da impiçment olacaq".

    Mur daha əvvəl Donald Trampla keçmiş prezident, kiçik Corc Buşun ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı yanaşmalarını müqayisə edib. Rejissor xəbərdarlıq edib ki, Trampın prezidentliyi dövründə ABŞ-da böyük terror aktı törədilə bilər.

    Qeyd edək ki, Maykl Mur kəskin sosial və siyasi satira janrında filmlər çəkir. Mur öz işlərində kapitalizm, qloballaşma, meqakorporasiyalar, neoliberalizm və ABŞ-ın Respublikaçılar Partiyasını tənqid edir.

    Onun “Farenqeyt 9/11” sənədli filmi daha çox maraq doğurub. Filmdə tənqid hədəfi ABŞ-ın keçmiş prezidenti, kiçik Corc Buşdur. Burada yalnız ABŞ xalqı üzərində oynanılan oyunlar deyil, eyni zamanda dünya üzərində icra edilən qaranlıq fəaliyyət açıq şəkildə dilə gətirilir. Filmin qiymətini artıran əsas məqam heç bir iddianın dəlilsiz olmamasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR