AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Efiopiyada ölünü diriltmək üçün qəbirə girən “peyğəmbər” həbs edildi — VİDEO

  • + A
  • - A
  • 23-07-2018, 11:07

    Efiopiyada ölünü diriltmək üçün qəbirə girən “peyğəmbər” həbs edildi — VİDEO














    Efiopiyada peyğəmbər olduğunu iddia edən şəxs ölünü dirildə biləcəyini söyləyib qəbiri açdırıb.
    Meyitin üzərinə oturan və onu dirildə bilməyən saxta peyğəmbər həbs edilib.

    Hadisə Celile qəsəbəsində meydana gəlib. Getayavkal Ayele adlı səhiyyə içşisi bir müddət əvvəl dünyasını dəyişən Belay Biftu adlı adamın ailəsinə gedərək İsa Peyğəmbərin Lazarı ölümündən dörd gün sonra dirildiyi ilə bağlı İncil ayəsini oxuyaraq eyni şeyi edə biləcəyini iddia edib.
    Ailə Biftunun qəbirdən çıxarılmasını qəbul edib. Görüntülər sosial mətbuatda paylaşılıb. Ayele meyitin üzərinə oturaraq “Belay, uyan” deyə qışqırıb. Amma ölü dirilməyib. Ayeleni əsəbləşən ailə üzvləri döyməyə başlayıblar. Polis isə meyiti narahat etdiyinə görə saxta peyğəmbəri həbs edib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR