Əfqanıstanda dəhşət — 35 yaşlı kişi 9 yaşlı arvadını öldürdü
Əfqanıstanda dəhşətli hadisə qeydə alınıb.
35 yaşlı kişi 9 yaşlı arvadını qətlə yetirib. Əldə edilən məlumata görə, Şarafuddin adlı şəxs ailə münaqişəsi zəminində arvadını döyüb. Sonra isə onu boğaraq öldürüb.
Şarafuddin cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hazırda polis onu axtarır. Cinayətlə bağlı 9 yaşlı qızın atası saxlanılıb. O, qızını nikaha girməyə məcbur etməkdə ittiham edilir.
Məlumata görə, Samiyə Şarafuddinin ikinci arvadıdır. Onu zorla ərə veriblər ki, iki ailə arasında olan düşmənçilik başa çatsın.