Alimlər görmə zəifliyinin "Viaqra" ilə müalicəsini kəşf etdilər
Görmə zəiflyini müalicə etmək üçün "Viagra"dan istifadə etmək mümkündür.
Bu nəticəyə Nyu-Yorkda Kolumbiya Universitetinin oftalmoloqları gəlib. Onların apardığı araşdırmanın nəticələri "Ophthalmologica" jurnalında dərc edilib.
Həkimlər yaşla bağlı görmə zəifliyinin əsas səbəbi kimi makula degeneresiyası, damar patologiyası səbəbindən retinal zəiflik göstərir ki, bu da qan hüceyrəsinin koroidə, retinal damar divarına zərbə vurmasına səbəb olur. "Viagra" isə bu zaman qan axını yaxşılaşdırır.
Bu hipotezi təsdiqləmək üçün tədqiqatçılar sınaq da keçirib. İki il ərzində beş nəfər yaşlı şəxs gündə iki həb qəbul edib. Nəticədə, bu müddət ərzində onlardan birinin görmə qabiliyyəti yaxşılaşıb, qalanlarında isə degenerativ proseslər dayanıb.