HƏMAS hərəkatı yaxın saatlarda girovların mübadiləsi üçün vasitəçilərin təklif etdiyi razılaşmaya cavab verəcək.
Bu barədə “Al Arabiya” məlumat yayıb.
Telekanalın məlumatına görə, hərəkatın nümayəndə heyəti azad edilə biləcək girovların siyahısını hazırlamaq üçün Misirdə vasitəçilərlə görüş keçirir.
Qeyd edək ki, bundan əvvəl HƏMAS hərəkatının nümayəndələri və İsrail rəsmilərinin Qəzza zolağında münaqişədə təklif olunan atəşkəs barədə razılığa gəlməsi məlum olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.