Martın 9-da Fransanın Tuluza şəhərinin mərkəzində dördmərtəbəli yaşayış binası uçub.
Bu barədə “Parisien” qəzeti məlumat yayıb.
Sakinlərin keçən çərşənbə axşamı birinci mərtəbədəki mağazanın daxili divarının uçmasından sonra təxliyə edildiyi bildirilir. Təxliyədən sonra mütəxəssislər böyük çat aşkarlayıblar.
Bina tamamilə uçduqdan sonra hadisə yerinə kinematoqrafçılar da daxil olmaqla 40-a yaxın xilasedici gəlib. Xilasedicilər yaxınlıqdakı evlərdən 26 nəfəri təxliyyə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.