AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Norveç Ukraynaya nüvə əleyhinə müdafiə vasitələri göndərdi

  • + A
  • - A
  • 15-03-2024, 21:00

    Norveç Ukraynaya nüvə əleyhinə müdafiə vasitələri göndərdi

    Norveçin Səhiyyə və Rifah Nazirliyi yanında Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi krallığın Ukrayna sərhədçilərinə mümkün nüvə təhlükələrindən və radioaktiv materiallardan müxtəlif növ qoruyucu vasitələr göndərdiyini bildirib.

    Bu barədə RİA Novosti məlumat yayıb.

    Qeyd olunur ki, Norveç bu yaxınlarda 350 dəst qoruyucu kostyumlar, kombinezonlar, qaz maskaları, əlcəklər və ayaqqabı örtükləri göndərib.

    Bildirib ki, layihə hökumətin nüvə enerjisi planı tərəfindən maliyyələşdirilir. Bir neçə il ərzində bu plan Ukraynanın nüvə təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

    Avadanlıqlar radioaktiv mənbələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinə mümkün cəhdlər zamanı sərhədçilərə özlərini qorumağa kömək edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR