Amerikalıların 40 faizi Trampın impiçmentini istəyir
ABŞ vətəndaşlarının 40 faizindən çoxu prezident Donald Trampın impiçmentini istəyir.
Oxu.Az-ın məlumatına görə, “Axios nəşri” və “SurveyMonkey” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən, impiçment tərəfdarlarının 79 faizi Demokratlar Partiyasına simpatiya bəsləyən şəxslərdir.
Rəyi soruşulanların 64 faizi özünü maliyyə cinayətlərində günahkar hesab edən və buna Tramp tərəfindən vadar edildiyini deyən sabiq vəkil Maykl Koenə inandıqlarını bəyan edib.
Bununla belə araşdırmada impiçment əleyhdarlarının və bitərəf qalanların sayı açıqlanmır.
Sorğu avqustun 22-24-də keçirilib. Sorğuda 4362 nəfər iştirak edib.