Ukraynalı qadınlar da hərbi xidmətə gedə biləcək
Ukraynada qadınlar da hərbi xidmətə gedə biləcək.
Yerli KİV xəbər verir ki, Ali Rada bu barədə qanunu təsdiqləyib. Silahlı Qüvvələrində qadınların kişilərlə bərabərliyini təmin edən qanun layihəsinə görə, qadınlar müqavilə əsasında orduya çağırıla, ehtiyatda qulluq edə bilər.
Qanun dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.