AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədən maraqlı qərar – Bu şəxsləri bəyənmək cinayət sayılacaq

  • + A
  • - A
  • 8-09-2018, 10:53

    Türkiyədən maraqlı qərar – Bu şəxsləri bəyənmək cinayət sayılacaq














    Türkiyədə “Xalq Demokratiya Partiyası” (HDP)- nın keçmiş başqanı Səlahəddin Demirtaş haqqında maraqlı qərar qəbul olunub.

    Qərar Səlahətdin Demirtaşı “Twitter” sosial şəbəkəsində izləməklə bağlıdır. Belə ki, artıq Səlahətdin Demirtaşı bu sosial şəbəkədə izləmək cinayət olaraq qəbul edilir və bu səbəbdən artıq 5 nəfərin evində axtarış aparılıb.

    “Hürriyet”-ə istinadən xəbər verir ki, sosial şəbəkə hesablarında Demirtaş haqqında paylaşımlar edən bir gəncin evində axtarış aparılıb. Şübhəlinin evində “Black Hunter” və “Dragon Multibot” adlı iki oyun CD-si dəlil şübhəli əşya olaraq ələ keçirdilib.

    Bundan başqa Türkiyədə bəzi sosial şəbəkə paylaşımlarını “like” etmək də artıq cinayət sayılır.

    “Grup Yorum” adlı musiqi qrupunun “Dağlara gəl” adlı kürdcə musiqi parçası, “Med Haber” adlı saytın facebook səhifəsi və keçmiş Xalq Demokratiya Partiyasının (HDP) üzvü Figen Yüksekdağ, Səlahəttin Demirtaş, İdris Baluken, Ferhat Encü və digərlərinin “Twitter” hesablarını izləmək artıq qanun pozuntusu hesab edilir.

    Bu cinayətlərə görə saxlanılan şəxslər barədə məhkəmə noyabr ayından başlayacaq.

    Qeyd edək ki, Səlahəddin Demirtaş terrora dəstək olduğu üçün hbs edilib.

    Türkiyədən maraqlı qərar – Bu şəxsləri bəyənmək cinayət sayılacaq


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR