Ərdoğan Rza Zərrabdan danışdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda bir restoranda fotosu çəkilən milyarder Rza Zərrab haqqında danışıb.
Ərdoğan jurnalistlərin suallarına Azərbaycan səfərindən qayıdarkən təyyarədə cavab verib.
Jurnalistin “Zərrabın Nyu-Yorkdakı restoranda fotosunun çəkilməsi və onun azadlıqda olmasının amerikalı hüquqşünasların fikrincə mümkün olmamasını necə qiymətləndirirsiz?” sualına Ərdoğanın cavabı belə olub:
“Deməli, o hüquqşünaslar bu işi yaxşı bilmir, çünki fotosu çəkilən qadın zatən onun vəkilidir. Azadlıqda olması təbii ki, mümkün deyil, mümkün olarmı? Bir tərəfdən elə deyirlər, belə deyirlər, qandaldadır deyirlər, ancaq deməli orada bu qandalların xaricində başqa qandallar da var”. Sfera.az