AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərdoğandan “bozqurd”la bağlı cəzaya - Etiraz

  • + A
  • - A
  • 5-07-2024, 16:40

    Ərdoğandan “bozqurd”la bağlı cəzaya - Etiraz

    Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan UEFA-nın futbolçu Merih Demiralla bağlı qərarına etiraz edib.

    Prezident Qazaxıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

    O, “bozqurd” işarəsini fransız və almanların formalarında olan işarələrlə müqayisə edib: “Almanların formalarında qartal var, amma kimsə nəsə demir. Kimsə demir ki, fransızların formasında xoruz var. Onlara niyə xoruzlanırsınız, deyilirmi? Merih sadəcə sevincini bu cür qeyd edib. Məsələ ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi onların səlahiyyətli şəxsləri ilə danışıb lazımi addımı atacaq”.  

    Qeyd edək ki, UEFA Türkiyə millisinin futbolçusu Merih Demirala “bozqurd” işarəsi tutduğu üçün 2 oyunluq cəza verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR