AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıdakı məşhur klinika həkiminin saxta diplom qalmaqalı

  • + A
  • - A
  • 24-02-2017, 13:43

    Bakıdakı məşhur klinika həkiminin saxta diplom qalmaqalı













    Azərbaycanda saxta “uzman doktor” diplomu alınması ilə bağlı məsələ sosial şəbəkədə ictimailəşdirilib

    “Qafqazinfo” xəbər verir ki, məsələni Kyoto universitetinin hospitalında həkim işləyən Vüsal Əliyev gündəmə gətirib. O, iddia edir ki, “Zəfəran Hospital”da çalışan Günay Qasımova saxta yolla mütəxəssis həkim diplomu hazırlatdırıb:

    “İstanbul Universiteti Tibb Fakültəsi Daxili xəstəliklər və Endokrinologiya bölümündə bu adda xanım uzmanlıq təhsili almayıb. Sadəcə, 21.07.2014-21.04.2015 tarixlərində, yəni cəmi 9 ay kənardan izləməklə staj keçib. Tam əmin olmaq üçün, İstanbul Universitetinin dekanı və prorektoru ilə əlaqə saxlanıldı, bu uzmanlıq diplomu saxtadır. Özünün facebook səhifəsində də, İstanbul Universitetində 4 il təhsil aldığı yazılıb, halbuki 9 ay staj keçib. Üstəgəl, diplomda Türkiyənin səhiyyə nazirinin soyadı yanlış yazılıb”.

    Onun sözlərinə görə, uzman doktor ünvanı almaq üçün 6 illik baza tibb təhsilindən sonra Türkiyədə "Denklik" ( diplom tanıtma) və "TUS" ( tıpta uzmanlık sınavı) imtahanlarını keçməlisiniz ki, bunlar da olduqca mürəkkəb və hazırlığı uzun müddət tələb edən mərhələlərdir: “İmtahanda uğurlu olduqdan sonra isə ixtisas üzərinə 4-6 il həm teorik, həm də praktiki təhsil alınır və sonda bir tezis üzərində çalışılır, imtahana girilir. Əgər nəticə uğurlu olarsa ona uzman həkim ünvanı verilir. Yəni, uzman həkim olmaq üçün ağır, yorucu və yuxusuz gündüzləri-gecələri fəda etməlisiniz”.

    Müzakirəyə qoşulanlar diplomda o dövrkü Səhiyyə naziri Mehmet Müəzzinoğlunun həqiqi imzası ilə Günay Qasımovanın diplomundakı imzanı qarşılaşdırıb. Məlum olub ki, imza həqiqətən saxtadır.

    Diplom “uzman həkimlərimiz” adlı səhifədə paylaşılıb və məsələyə etiraz bildirildikdən sonra səhifədən silinib.

    “Qafqazinfo” məsələ ilə bağlı “Zəfəran Hospital”da çalışan Günay Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, yazılanlardan xəbərdardır: “Haqqımda o məlumatları paylaşanlar məhkəməyə veriləcək. Mən artıq İstanbul universitetinə bu barədə müraciət etmişəm. Sadəcə prosedur qaydalarına görə iki həftədən sonra mənə rəsmi cavab veriləcək”.

    Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo” ya bildirilib ki, həkim özəl klinikada çalışırsa bu, onların səlahiyyətinə aid deyil, məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edilməlidir.

    Təhsil Nazirliyi ilə də əlaqə saxlasaq da, mövzu haqda onlardan münasibət öyrənmək mümkün olmadı.


    Bakıdakı məşhur klinika həkiminin saxta diplom qalmaqalı


    Bakıdakı məşhur klinika həkiminin saxta diplom qalmaqalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR