Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Avqustun 21-də 1989-cu il təvəllüdlü Pərviz Mustafayevi Binəqədi rayonu ərazisində relsin üstündən keçərkən teplovoz vurub. O, avqustun 26-da xəstəxanada ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.