Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikası Dövlət Bayrağının ucaldılması ölkəmizin ən yeni tarixinin möhtəşəm hadisəsi kimi, əbədi olaraq yaddaşlarda qalacaq.
Xalqımız bu hadisəni 30 ilə yaxın bir müddətdə səbirsizliklə gözləyirdi. Baxmayaraq ki, ölkəmiz Ermənistanın ərazi iddialarından və nifrət ideologiyasından qaynaqlanan münaqişənin diplomatik yollarla həll etməyə çalışırdı, beynəlxalq səviyyədə biz heç bir əməli fəaliyyətin şahidi olmadıq. Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanması ilə razılaşmayaraq, Dövlət Başçısının rəhbərliyi altında güclü ordu quruculuğu prosesi surətlə aparılırdı.
Qarabağda həyata keçirilən Zəfər yürüşü birmənalı olaraq sübut etdi ki, ordumuz qələbəni əldə etmək və öz torpaqlarını azad etnək üçün həm strateji baxımnan, həm də hərbi-texniki cəhətdən XXI-ci əsrin müharibəsini aparmaq gücündədir. Bir çox hallarda Silahlı Qüvvələrimiz tərəfindən unikal hərbi əməliyyatların keçirilməsi bunun əyani təsdiqidir.
Prezident İlham Əliyevin dediyi kimi, “elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik, həm Vətən müharibəsi dövründə, cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik”.
Tarixi qələbəmiz Azərbaycan Ordusunun şücaəti və qəhramanlığı sayəsində əldə edilib və Xankəndi şərəində qaldırılan bayrağımız əbədi olaraq dalğalanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.