AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov Türkiyəyə başsağlı verdi – “Sizin acınız bizim də acımızdır”

  • + A
  • - A
  • 12-11-2018, 10:27

    Zakir Həsənov Türkiyəyə başsağlı verdi – “Sizin acınız bizim də acımızdır”














    Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərlə bağlı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

    Müdafiə Nazirliyinə (MN) xəbər verir ki, başsağlığı məşktubunda aşağıdakılar qeyd olunub:

    “Qardaş Türkiyə Respublikasının Hakkari bölgəsində silah anbarında baş vermiş partlayış nəticəsində hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

    Sizin acınız bizim də acımızdır.

    Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

    Allah rəhmət eləsin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR