AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət

  • + A
  • - A
  • 21-01-2019, 09:46

    SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət















    "SOCAR Methanol"-un direktor müavini sosial şəbəkədə hakimiyyətə qarşı çıxanları dəstəkləyir?

    Yenixeber.org: Sosial şəbəkələrin populyarşması ilə hər bir şəxsin müstəqil şəkildə öz fikrilərini ifadə etmə imkanı yarandı. Bu da bəzi hallarda böhtan, şər atılması kimi neqativ əməllərin üzə çıxmasına səbəb oldu.

    Qeyd etmək lazımdır ki, dövlət müəssisələrində, rəsmi vəzifələrdə çalışan şəxslərin sosial şəbəkədə aktivliyi cəmiyyətin diqqətin yan keçmir. Bütün bunları nəzərə alaraq dövlət qurumlarında, xüsusilə də rəhbər heyətdə təmsil olunan şəxslər sosial şəbəkə hesablarında hər bir paylaşdığı materiala diqqət etməlidir.

    Lakin, "SOCAR Methanol" kimi Azərbaycanın Qeyri-Neft sahəsinin inkişafına xüsusi töhfə verən bir şirkətdə baş direktorun müavini olan Elnur Bağırov heç çəkinmədən dövlətin birinci şəxsini təhqir edən yazını öz səhifəsində paylaşır.

    Maraqlıdır, böyük bir şirkətin böyük heyəti ilə işləyən Elnur müəllim paylaşdığı yazını ən azından sonadək oxuyub onu yazan şəxsin əsl məqsədini ayırd eləmək bacarığına malik deyil? Bu inandırıcı gəlmir. Əldə etdiyimiz məlumata görə, Elnur Bağırov həmçinin Yeni Azərbaycan Partiyasının məsul vəzifələrindən birində də təmsil olunur. Bütün bunları nəzərə alaraq Elnur Bağırovun ikili oyun aparması, iş saatlarında yüksək vəzifəli məmur, hakim partiyanın təəssübkeşi kimi özünü göstərib, işdən çıxandan sonra ölkə rəhbərliyini təhqir edənlərə dəstək göstəməsinin səbəbləri görəsən nədir? Maraqlıdır, sosial şəbəkədə belə açıq şəkildə təhqir edən şəxslərə dəstəyini nümayiş etdirən bir şəxs rəhbəri olduğu kollektivdə öz tabeçiliyindəki şəxslərə hansı mətləblərdən söhbət açır? Belə hərəkəti ilə Elnur Bağırov həm SOCAR, həm də ölkə rəhbərliyinə qarşı çıxır…

    SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət
    SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət
    SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət
    SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət
    SOCAR-da yüksək vəzifəli şəxsdən dövlət başçısına xəyanət


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR