AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara - FOTOFAKT

  • + A
  • - A
  • 2-09-2018, 15:09

    SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara - FOTOFAKT














    "SOCAR Methanol” MMC Katalizatorlara olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi elan edib.

    Bu quru və rəsmi cümlələrlə başlayan, ilk baxışdan adi təsir bağışlayan elan mətni MMC-nin rəsmi saytında yerləşdirilib.

    Elanda daha sonra həsəd doğuran təmkinlə qeyd olunur ki, tenderə qatılmaq üçün ən son tarix 27 avqust tarixidir: "Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) sənədi ən geci 27 avqust 2018-ci il tarixinə qədər qəbul olunur. Zərflərin açılışı 28 avqust 2018-ci il tarixində, Bakı vaxtı ilə saat 11:00-da Qaradağ rayoununda yerləşən metanol zavodunda baş tutacaq".

    Göründüyü kimi tender elanında hər şey yerli-yerindədir. Amma bu adi elanı Mopassanın belə həsəd aparacağı novellaya çevirən bir vacib məqam var: son müraciət tarixi 27 AVQUST olan elan MMC-nin rəsmi saytına 30 AVQUST tarixində yerləşdirilib. Bax, əsl novella buna deyərlər! Qoy indi tənqidçilər bu novellanın pərdərxası mənalarını tapmaq üçün baş sındırsın. Görəsən bu elanın "müəllifi" nə demək istəyir? Bu novellaya nə ad verək: bəlkə "Toydan sonra nağara"? Yaxud belə bir ad daha dolğun olar: "Qalibi bəlli tenderin formal "sünnəti"?

    Ya da yox, gəlin bu komediya-novellaya hamımız birlikdə ad fikirləşək...

    SOCAR-dan qeyri-adi elan: Toydan sonra nağara - FOTOFAKT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR