AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevin forvard diplomatiyası 2019-a ölkəni necə çıxardı? - Araşdırma...

  • + A
  • - A
  • 21-01-2019, 10:42

    İlham Əliyevin forvard diplomatiyası 2019-a ölkəni necə çıxardı? - Araşdırma...














    Beynəlxalq aləmdə hökm sürən mürəkkəb şəraitə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasət sayəsində ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi davam edir.

    Cahan.info yazır ki, Azərbaycan regional əməkdaşlığın dərinləşdirilməsi naminə gerçəkləşdirdiyi təşəbbüslərlə dünya miqyasında böyük nüfuz qazanıb.

    Xüsusilə Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının istismarı və xarici bazarlara ixracı, beynəlxalq əhəmiyyətli infrastruktur layihələrinin icrası istər bölgə dövlətlərində, istərsə də avropalı tərəfdaşlarda böyük maraq doğurub.

    Azərbaycanın təşəbbüsü ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı regional əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmlənməsinə misilsiz töhfələr verib.

    Bununla Azərbaycanın zəngin qaz ehtiyatlarını Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla nəql etmək mümkün olacaq.

    Eyni zamanda Türkiyə və Avropa qaz idxalını şaxələndirmək imkanı əldə edəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, "Cənub qaz dəhlizi” enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir.

    "Cənub qaz dəhlizi”nin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi "Cənub qaz dəhlizi” vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaqdır.

    "Cənub qaz dəhlizi” həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında enerjinin şaxələndirilməsi məsələsinə xidmət göstərir”.

    Aktauda imzalanmış konvensiya bir sıra mübahisəli məsələlərə aydınlıq gətirdi. İlk növbədə sənəd hər bir sahilyanı dövlətin ərazi sularını müəyyənləşdirdi.

    Sənədə görə, ərazi sularının eni 15 dəniz milindən çox olmamalıdır və bu sulara eni 10 mil olan balıqçılıq zonası əlavə edilir.

    Hər bir sahilyanı dövlət balıqçılıq zonasında müstəsna balıqtutma hüququna malikdir. Ərazi sularının xarici sərhədi dövlət sərhədi statusu alır.

    Ərazi sularından kənardakı su məkanı dövlətlərin ümumi istifadəsinə verilir. Eyni zamanda başqa bir mühüm məsələ - Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi problemi həllini tapmışdır.

    Konvensiya tərəflərin belə bir iş görmək hüququnu tanıyır, amma kəmər qonşu, yaxud qarşı ölkənin ərazi sularından keçirsə, tras müvafiq ölkə ilə razılaşdırılmalı və onun marşrutu barədə digər sahilyanı dövlətlər məlumatlandırılmalıdır.

    Beləliklə, Türkmənistandan Azərbaycana Transxəzər boru kəmərinin çəkilməsi yalnız Aşqabad və Bakıdan asılı olacaq.

    Sahilyanı dövlətləri, ilk növbədə Rusiya və İranı narahat edən başqa bir məqama - Xəzərdə kənar dövlətlərin hərbi mövcudiyyəti məsələsinə aydınlıq gətirildi. Bundan sonra hansısa xarici hərbi qüvvənin Xəzər sularında peyda olması istisna edilir.

    Bununla yanaşı, konvensiya həllini tapmamış problemlərin həlli yollarını göstərir. Sənədə görə, qonşu dövlətlərin ərazi suları arasında sərhəd ikitərəfli müqavilələr əsasında müəyyənləşdiriləcək.

    Xəzərin hüquqi statusu haqqında konvensiyanın imzalanması sahilyanı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində mühüm mərhələ və baza sənədi kimi tarixə düşdü. Sututarın hüquqi statusunun müəyyənləşdirilməsi bütün sahilyanı ölkələr üçün faydalı olacaq.

    Konvensiya hər şeydən əvvəl Xəzərin təhlükəsizlik və sabitlik hövzəsinə çevrilməsi üçün hüquqi baza olaraq bədnam qüvvələrin istəklərini puç edir, bu bölgədə mehriban qonşuluğu, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək üçün zəmin yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR