AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Makron istefa vermək niyyətində deyil

  • + A
  • - A
  • Bu gün, 13:33

    Makron istefa vermək niyyətində deyil

    Fransa Prezidenti Emmanuel Makron istefa verməsi ilə bağlı müxalifətin çağırışlarına məhəl qoymayaraq ölkədə sabitliyi təmin etməyə davam edəcək.

    Prezident bu sözləri Misirdə səfərdə deyib.

    O, bu gün Misirdə başlayan Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

    "Heç vaxt unutmayın ki, Fransa xalqının sizə verdiyi mandat xidmət etmək, sadə fransızların suallarına cavab vermək və Fransanın müstəqilliyi üçün əlinizdən gələni həyata keçirməkdir. Önəmli olan yalnız budur. Qalanı hökumətin işidir. Mən sabitliyi təmin etməyə davam edəcəyəm", - prezident qeyd edib.

    Makronun sözlərinə görə, Baş nazir Sebastyan Lekornyunun istefasında rol oynayan siyasi qüvvələr bu qarışıqlığa görə tam məsuliyyət daşıyır.

    Qeyd edək ki, Makronun bu postda ikinci və sonuncu müddəti 2027-ci ildə başa çatacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR