AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mirzoyan: Türkiyə ilə çox yaxşı dialoqumuz var

  • + A
  • - A
  • Bu gün, 15:42

    Mirzoyan: Türkiyə ilə çox yaxşı dialoqumuz var

    Türkiyə ilə bir çox səviyyələrdə – liderlər, xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində çox yaxşı dialoqumuz var.

    Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan DW-yə verdiyi müsahibədə bildirib.

    “Beləliklə, bu dialoq əvvəldən heç bir ilkin şərt olmadan baş tutub və indi də davam edir. Mən şəxsən Ermənistan-Türkiyə sərhədinin açılmasında heç bir problem görmürəm, eləcə də Ermənistan-Türkiyə diplomatik münasibətlərinin qurulmasında hər hansı bir maneə görmürəm”.

    Mirzoyan Türkiyə tərəfinin sərhədlərin açılmasına, dəmir yolu əlaqələrinin bərpasına, ikitərəfli birbaşa ticarətin yenidən başlamasına hazır olduqlarını qeyd edib və hətta “diplomatik münasibətlər qurulmadan belə” buna hazırlığı praktik olaraq nümayiş etdirirdiklərini bildirib.

    “Ona görə də hesab edirəm ki, qarşıdakı həftələr və aylar ərzində bu istiqamətdə olduqca hiss olunan irəliləyiş əldə edəcəyik. Bu məsələ, məncə, maksimum bir neçə ay ərzində həll oluna bilər. Bu mənim subyektiv dəyərləndirməmdir. Baxaq, hadisələr necə inkişaf edəcək”, – Ermənistanın xarici işlər naziri bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR