AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox

  • + A
  • - A
  • Bu gün, 18:36

    Orban: Ukraynanı tərəfdaş kimi görmək istəyirik, Aİ üzvü kimi yox

    Macar xalqı Ukraynanı tərəfdaş kimi görmək istəyir, lakin Avropa İttifaqının üzvü kimi qəbul etmir.

    Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə keçirilən “Sülh yürüşü” iştirakçıları qarşısında çıxış edərkən deyib.

    Orbanın sözlərinə görə, Ukraynanın birliyə daxil olması Aİ-yə müharibə və iqtisadi fəlakət gətirə bilər.

    “Kiyev bu alyansa ancaq müharibə və iqtisadi dağıntı gətirə bilər”, – Baş nazir vurğulayıb.

    Macarıstan lideri çıxışı zamanı Avropa İttifaqının mövcud siyasətini kəskin tənqid edərək bildirib ki, “Brüssel bu gün yardım yox, təhlükə mənbəyinə çevrilib”.

    Baş nazir qeyd edib ki, Macarıstan sülhü müdafiə edən yeganə Avropa dövləti olaraq qalır və ölkəsi Ukraynaya silah və pul göndərən “müharibə koalisiyasına” qoşulmayacaq.

    “Bizim müharibəyə ehtiyacımız yoxdur. Biz sülh istəyirik. Macarıstan heç vaxt bu münaqişənin bir hissəsi olmayacaq”, – Orban əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR