Pakistanın Qulmin şəhərində polis avtomobilinin yanında baş verən partlayış nəticəsində hüquq-mühafizə orqanlarının üç əməkdaşı ölüb.
Bu barədə "Report" Pakistan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, həlak olanlar arasında polis zabiti də var. Bir neçə nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, bu, son 24 saat ərzində bu bölgədə baş verən ikinci partlayışdır. Daha əvvəl Qulmində nəzarət-buraxılış məntəqəsində özü düzəldilmiş partlayıcı qurğu işə düşüb. O zaman nəzarət-buraxılış məntəqəsinin yanındakı bina dağıdılıb, lakin xəsarət alanlar olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.