AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ hərbi zərbələr endirəcək - Hədəflər açıqlandı

  • + A
  • - A
  • Dünən, 18:39

    ABŞ hərbi zərbələr endirəcək - Hədəflər açıqlandı

    ABŞ prezidenti Donald Trampın administrasiyası Venesueladakı bir sıra hərbi obyektlərə hava zərbələri endirmək barədə qərar qəbul edib.

    "Miami Herald" nəşrinin məlumatına görə, əməliyyatlar yaxın günlərdə, bəlkə də bir neçə saat ərzində həyata keçirilə bilər.

    Mənbələrin bildirdiyinə görə, zərbələrin əsas hədəfi “Cartel de los Soles” adlı narkotik kartelinin istifadə etdiyi hərbi bazalar olacaq. ABŞ rəsmiləri hesab edir ki, bu cinayət şəbəkəsinə Venesuela rejiminin yüksəkvəzifəli nümayəndələri rəhbərlik edir.

    Eyni zamanda, hava əməliyyatları zamanı kartelin liderlərinin də zərbə altına düşə biləcəyi qeyd olunur. ABŞ rəsmiləri bu təşkilatın illik 500 tonadək kokaini Avropa və ABŞ bazarlarına göndərdiyini bildirirlər.

    Mənbələrdən biri qeyd edib ki, “Maduronun vaxtı tükənir” və o, tezliklə ölkədən qaça bilməyəcəyi vəziyyətdə qala bilər.

    Vaşinqton eyni zamanda Nikolas Maduronun tutulmasına gətirib çıxara biləcək məlumatlar üçün mükafatı ikiqat artıraraq 50 milyon dollara çatdırıb..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR