AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lukaşenko ABŞ və Litvanı söydü

  • + A
  • - A
  • Bu gün, 09:29

    Lukaşenko ABŞ və Litvanı söydü

    Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ ondan Litvanın hava məkanını pozan hava şarlarını buraxdığına görə rəsmi Vilnüsdən üzr istəməsini tələb edib.

    Belta-nın məlumatına görə, Lukaşenko qeyd edib ki, əvvəlcə Litva özü baş verənləri həll etməlidir.

    "Biz amerikalılarla danışıqlar aparırıq. Bu danışıqlar müxtəlif dərəcələrdə davam edir və çətin gedir. Və sözün əsl mənasında həmin şarların uçduğu gecənin ertəsi günü amerikalılar bizə baş verənlərə görə belarusların günahkar olduğu, hakimiyyət orqanlarının, eləcə də Lukaşenkonun dərhal Litvadan açıq şəkildə üzr istəməli olduğu mesajını göndərdilər. Mən dedim ki, "rədd olsunlar…" və sair.

    Dedim ki, üzr istəyəcəyik, amma yalnız günahkar biz olsaq. Nəyə görə üzr istəməliyəm? Amma amerikalılar və litvalılar bizdən üzr tələb edirlər. Kim kimi idarə edir? Onlar bizimlə danışıqlar aparan amerikalılara şikayət ediblər. Amerikalılar mənə üzr istəmək üçün məktub göndərirlər. Litvalılar da bizdən üzr tələb edirlər. Amerikalılar onlara əmr veriblər: Lukaşenko üzr istəməyi tələb edin!”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR