AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərbaycan işğal və etnik təmizləməyə məruz qalıb" — Elmar Məmmədyarov

  • + A
  • - A
  • 5-03-2019, 12:24

    "Azərbaycan işğal və etnik təmizləməyə məruz qalıb" — Elmar Məmmədyarov















    "İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət sülh və təhlükəsizliyə təhdiddir, həmçinin mövcud münaqişənin həllinə maneə törədir".
    Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən "Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirlərinə dair" beynəlxalq konfransın açılışında deyib.

    XİN başçısı bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin ortaq fikrə malik olmasının vacibliyini vurğulayıb.
    E.Məmmədyarov xatırladıb ki, Azərbaycan işğal və etnik təmizləməyə məruz qalıb.

    "Bu problemin həllini tələb etməyə tam haqqımız çatır. Sülhə və bu məsələlərə ədalətli münasibət göstərilməsinə töhfə verməliyik", - xarici işlər naziri bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR