AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zakir Həsənov Azərbaycan qadınlarını təbrik etdi

  • + A
  • - A
  • 7-03-2019, 13:43

    Zakir Həsənov Azərbaycan qadınlarını təbrik etdi















    Müdafiə naziri general-polkovnik Zakir Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.
    Təbrikdə deyilir:

    "Əziz xanımlar!

    Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı bildirirəm.
    Azərbaycan qadını tarix boyu müqəddəs ana adını uca tutmaqla müdrikliyi, işgüzarlığı, saflığı və mübarizliyi ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirməklə yanaşı döyüşlərdə şücaət göstərmişdir.

    Ötən il 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından - qadınlara seçmək və seçilmək hüququnun verilməsi cəmiyyətimizdə qadınlara xüsusi hörmət və ehtiramın təzahürüdür. Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadını milli dövlət quruculuğu prosesində, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasında fəal iştirakı onun intellektual səviyyəsinin yüksək olmasının bariz nümunəsidir.
    Dağlıq Qarabağda, Ermənistanla həmsərhəd rayonlarda gedən döyüşlərdə qadınlar da iştirak etmişdir. Vətən uğrunda neçə qadın şəhid olmuş, 2 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan qadını gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların xalqa, cəmiyyətə layiqli övlad kimi formalaşmasında da əsl vətəndaş kimi çalışır.

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində Azərbaycan qadını da yaxından iştirak edir. Mərhəməti və xeyirxahlığı, zəngin mənəvi-intellektual səviyyəsi ilə fərqlənən qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə xidmət edən yüzlərlə qadın Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir.

    Azərbaycanın suverenliyi, torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini ehtiramla yad edir, şəhid analarına, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarına, əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı bildirirəm.

    İnanıram ki, bütün qadınlar kimi, ordu quruculuğunda xidmət edən və mülki işlərdə çalışan qadınlar bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət göstərəcəklər.
    Bayramınız mübarək, əziz xanımlar!".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR