AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hyundai Genesis G80-in təkmilləşdirilmiş versiyası təqdim edilib

  • + A
  • - A
  • 12-01-2026, 21:38

    Hyundai Genesis G80-in təkmilləşdirilmiş versiyası təqdim edilib

    Koreya avtomobil istehsalçısı Hyundai məşhur sedan Genesis G80 və onun G80 Black versiyasının yenilənmiş modelini təqdim edib. Bu barədə Autohome portalı məlumat yayıb.
    Yenilənmiş modeldə sürücü oturacağı standart olaraq Ergo Motion sistemi ilə təchiz olunub. Sistem 18 mövqeli elektrik tənzimləməsini dəstəkləyir və avtomobilin sürətindən asılı olaraq oturacaq dəstəyini avtomatik tənzimləyərək sürücünün yorulmasının qarşısını alır. Bundan əlavə, avtomobil əlavə paketlərin seçimini sadələşdirir.
    Yeni G80 modeli hava təmizləmə funksiyasına malikdir, 19 düymlük yeni təkər diskləri təqdim olunub. Avtomobil iki mühərrik variantı ilə satışa çıxarılır: 2.0 litrlik turbo mühərrik 304 at qüvvəsi, 3.5 litrlik mühərrik isə 380 at qüvvəsi verir. Hər iki mühərrik 8 pilləli avtomat transmissiya ilə işləyir. Avtomobillər həm arxa təkər ötürməli, həm də tam ötürücülü variantlarda təqdim olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR