İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib ki, Tehran hazırda ABŞ ilə danışıqlar aparmağı planlaşdırmır. Onun sözlərinə görə, ölkə bütün diqqətini milli müdafiənin gücləndirilməsinə yönəldib.
"Hazırda danışıqların keçirilməsi ilə bağlı heç bir planımız yoxdur. Biz ölkənin müdafiəsinə fokuslanmışıq", – deyə İsmayıl Bəqayi vurğulayıb.
Bəqayi qeyd edib ki, İran qarşı tərəfin əməl etmədiyi razılaşmalara riayət etmək niyyətində deyil. O bildirib ki, bu, Tehranın prinsipial mövqeyidir.
İran Xarici İşlər Nazirliyində həmçinin bildirilib ki, Vaşinqton diplomatik prosesin əvvəlindən etibarən atəşkəs rejiminə əməl etməyib. Buna görə də Tehran ABŞ-la danışıqların bərpasını hazırda məqsədəuyğun hesab etmir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.