Litva Prezidenti Gitanas Nauseda və Latviya Prezidenti Edqars Rinkeviçs ölkələrində NATO-nun müttəfiq nüvə silahının yerləşdirilməsinə razılıq verdiklərini açıqlayıblar.
Litva Prezidenti Gitanas Nausedanın sözlərinə görə, etibarlı çəkindirmə sisteminin yaradılması məqsədilə NATO-nun bütün imkanlarından istifadə etmək üçün belə bir qərarın qəbul edilməsi vacibdir.
Latviya Prezidenti Edqars Rinkeviçs isə bildirib ki, ölkənin Konstitusiyasında belə bir qadağa nəzərdə tutulmayıb. Onun sözlərinə görə, kollektiv və ya milli maraqlar tələb edəcəyi təqdirdə, Riqa NATO-nun nüvə silahının ölkədə yerləşdirilməsi ilə bağlı müvafiq qərar qəbul edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.