AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ əhalisi 2050-ci ilədək 445 milyona enəcək

  • + A
  • - A
  • Bu gün, 17:23

    Aİ əhalisi 2050-ci ilədək 445 milyona enəcək

    Aİ əhalisi 2050-ci ilədək 445 milyona enəcək

    Avropa Komissiyasının (AK) demoqrafik dəyişikliklərlə bağlı yeni hesabatına əsasən, Avropa İttifaqının (Aİ) əhalisinin sayı qarşıdakı onilliklərdə azalacaq.

    Hesabatda bildirilir ki, hazırda Aİ-də 450,6 milyon nəfər yaşayır. Proqnozlara görə, 2050-ci ildə bu rəqəm təxminən 445 milyona, 2100-cü ildə isə 398,8 milyona düşəcək. Beləliklə, əsrin sonunadək Aİ əhalisi ümumilikdə 11,7 faiz azalaraq 1970-ci illərin səviyyəsinə enəcək.

    Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzinin təhlilinə əsasən, Avropa əhalisinin sayı artıq ən yüksək həddinə çatıb və bundan sonra azalma mərhələsinə keçəcək.

    Sənəddə qeyd olunur ki, 2050-ci ilə qədər Aİ-də yaşayan hər üç nəfərdən biri 65 yaş və daha yuxarı yaş qrupuna aid olacaq. Hazırda isə bu göstərici hər beş nəfərdən biridir.

    Bununla yanaşı, Aİ ölkələrində gözlənilən ömür uzunluğunun artacağı proqnozlaşdırılır. Hesabata əsasən, 2100-cü ilə qədər qadınların orta ömür uzunluğu 90 ili, kişilərin isə 86 ili ötə bilər.
    Eyni zamanda vurğulanır ki, 2023-cü ildə Aİ-də doğulan bir uşağın ciddi xəstəlik olmadan orta hesabla 75,3 il yaşaya biləcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR