AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaçmazda bayram öncəsi qaz problemi - ŞİKAYƏT

  • + A
  • - A
  • 14-03-2017, 11:40

    Xaçmazda bayram öncəsi qaz problemi - ŞİKAYƏT

















    Son üç gündə Xaçmaz şəhərinə təbii qazın verilməsində ciddi problemlər yaranıb. Bununla bağlı “Şimal xəbərləri” qəzetinə çoxsaylı müraciətlər də olub. Dünən əməkdaşımız şəhərin müxtəlif ərazilərinə baş çəkərək vəziyyətlə maraqlanıb, vətəndaşların haqlı olduğu üzə çıxıb. Lakin Novruz bayramı ərəfəsində nə üçün belə bir vəziyyətin yarandığını uzun müddət araşdırmaq mümkün olmayıb. Şəhər sakinlərindən biri əməkdaşımızla söhbətində deyib ki, “104” qaynar xəttindən özünü Heydər Əşrəfov kimi təqim edən şəxs deyib ki, Bakıdan rayona verilən təbii qazın həcmi azaldılıb. Odur ki, müəyyən rejimə keçiblər. Bundan sonra əməkdaşımızın bu xəttlə əlaqə saxlamaq cəhdləri də boşa çıxıb.
    Maraqlıdır, Xaçmazda regional qaz istismarı idarəsi və onun xidmət sahəsi fəaliyyət göstərir. Belə olan halda vətəndaşların təbii qazdan əziyyət çəkməsi və üstəlik məlumatlandırılmamasına nə ad vermək olar? Bəzi vətəndaşlar təbii qazın ödənişini bir-iki gün gecikdirən kimi “silahlanaraq” xətləri kəsən bu idarələrin əməkdaşlarının səsləri niyə çıxmır? Xaçmaz regional qaz istismarı idarəsi rəhbərliyinin təbii qazın verilməməsinə bu cür laqeyd münasibəti heç bir əndazəyə sığmır.
    Mövcud vəziyyətə aydınlıq gətirmək üçün “Azəriqaz” İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə zəng etdik. Cənab İ. Kərbalayev suallarımızı cavablandırarkən, Xaçmaz şəhərinə verilən təbii qazın həcminin azaldılması barədə deyilənləri təkzib etdi. Mətbuat xidmətinin rəhbəri Xaçmaz şəhərinin hansı küçələrində təbii qazın olmaması ilə də maraqlandı, konkret küçələrin adlarını da götürdü və problemin Xaçmaz regional qaz istismarı idarəsi ilə araşdırılacağını açıqladı.
    “Şimal xəbərləri”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR